İran məhkəməsi yanvardakı etirazlarla bağlı ilk ölüm hökmünü çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, İran İnqilab Məhkəməsi yanvar ayında etiraz aksiyalarında iştirak edən Məhəmməd Abbasi barəsində ölüm hökmü çıxarıb.
O, “Allaha düşmənçilik” ittihamı üzrə təqsirli bilinib.
Abbasi nümayişlər zamanı bir polkovnikin öldürülməsində iştirakda ittiham edilib.
Safura Bənnayeva
Globalinfo.az