“Bloger Nicat Şakirlinin ümumi vəziyyəti stabil olaraq qalır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın yol-nəqliyyat hadisəsində qolunu itirən blogerin vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib.
“Reanimasiya şöbəsində müalicələri aparılan Nicat Şakirlinin vəziyyəti qənaətbəxş hesab edilir. Xəstənin lazımi müayinələrdən keçirilməsi və dinamik müşahidə davam etdirilir. Rutin müalicə prosesi aparılır”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloger isə xəstəxanaya aparılıb.