Netanyahunun müşaviri: Bu, HƏMAS-ın günahıdır

İsrail Qahirə danışıqlarında irəliləyişin olmamasında HƏMAS-ı günahlandırıb.

Globalinfo.az xəbər verir ki, İsrail baş naziri ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, ölkəsi danışıqlarda yeni heç bir yeni tələb irəli sürməyib.

“Qahirədəki danışıqlarda İsrail tərəfindən heç bir yeni tələb irəli sürülməyib. İrəliləyişin olmaması yalnız HƏMAS-ın günahıdır”, – o deyib.

Xatırladaq ki, daha öncə yəhudi dövləti bütün girovların qaytarılması üçün danışıqların davam etdirilməsində maraqlı olduğunu bəyan edib. İsrailin son məlumatlarına görə, Qəzzada 115 nəfər girov saxlanılır.

Müşviq Tofiqoğlu
Globalinfo.az