İsrail bir əsgərinə görə 100 fələstinlini verir? – Netanyahudan cavab

 

“Girovların sərbəst buraxılması müqabilində minlərlə terrorçunu azad etməyəcəyik”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İsrail HƏMAS ilə girovların azad edilməsinə dair çərçivə sazişi fonunda minlərlə terrorçunu azad etməyəcək. Əksinə, İsrail tam qələbə üçün israrla mübarizə aparacaq.

“Bizim döyüşçülərimiz və xalqımız buna sadiqdir. Biz tam qələbədən başqa heç nə ilə kifayətlənməyəcəyik”, deyə Netanyahu vurğulayıb.

İsrailin Baş naziri HƏMAS-ın məhv ediləcəyini, bütün girovların geri qaytarılacağını və Qəzzanın daha təhlükə yaratmayacağını vəd verib:

“Biz İsrail ordusunu Qəzza zolağından çıxarmayacağıq və minlərlə terrorçunu azad etməyəcəyik. Bunların heç biri baş verməyəcək. Mütləq qələbə olacaq”, – deyə Netanyahu fikirlərini tamamlayıb.

Qeyd edək ki, bir müddət öncə İsrailin hər girov üçün yüzlərlə fələstinli məhbusu azad etməyə razı olduğu haqda məlumatlar yayılıb. Netanyahunun ofisi isə potensial çərçivə sazişi ilə bağlı xəbərləri təkzib etməyib, ancaq onun bəzi elementlərinin qeyri-dəqiq olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az