İsrail Baş naziri Benyamin Netanyahu son həftələrdə İranın nüvə proqramı ilə bağlı 5 gizli müzakirə aparıb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı İsrailin “12-ci kanalı” yayıb.
Məlumata görə, bu müzakirələrdən sonra İsrailin İranın nüvə obyektlərinə hücum hazırlığının səviyyəsinin artırılması haqqında qərar qəbul edilib. Televiziya Netanyahunun apardığı müzakirələrdə müdafiə naziri Yoav Qalant, baş qərargah rəisi Herçi Xalevi, MOSSAD şefi David Barnea, Milli Təhlükəsizlik Şurasının rəhbəri Çaxi Xaneqbinin iştirak etdiyini bildirib.
Netanyahunun artıq ABŞ Dövlət katibi Entoni Blinkeni, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanı, Fransa Prezidenti Emmanuel Makronu xəbərdar etdiyi vurğulanıb. Onun qərbli siyasətçilərə İranın nüvə proqramının qarşısını almayacaqları təqdirdə İsrailin təcili hərəkətə keçəcəyini dediyi vurğulanıb.
İlkin Həsənov
Globalinfo.az