347051863731622

İsrail Baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsinin həbs edilmək barədə qərarına baxmayaraq, bu həftə Macarıstana gedəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Netanyahu ofisi məlumat yayıb.

Səfər aprelin 2-nə planlaşdırılıb və bazar gününə qədər davam edəcəyi deyilir. Baş nazir macarıstanlı həmkarı Viktor Orban ilə görüşəcək və digər yüksək səviyyəli rəsmilərlə də danışıqlar aparacaq.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarından sonra bu, Netanyahunun ikinci xarici səfəridir. O, bu ilin fevral ayında ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona getmişdi.

Xatırladaq ki, məhkəmə Netanyahunun həbsinə ötən ilin noyabrında order verib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: