Netanyahu Ərdoğanla görüşmək istəyir – Səbəbi İsraili qarışdırdı

İsrail Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tayms of İsrael” nəşri yazıb.

Bildirilir ki, Netanyahu Ərdoğanla görüşü ictimaiyyətə diplomatik qələbə kimi təqdim edərək, özünə qarşı münasibəti dəyişməyi planlaşdırır.

Mümkün görüşdə tərəflərin həmçinin qaz anlaşması istiqamətində müzakirələr aparacağı da iddia edilir.

Hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Netanyahunun Ərdoğanla məhz öz prestijini yüksəltmək üçün görüşmək istəməsi İsrailda böyük rezonans doğurub.

Aqşin
Globalinfo.az