Netanyahu: “Baydenə açıq şəkildə bildirdim ki…”

“Mən Baydenə açıq şəkildə bildirdim ki, mütləq Rafah şəhərinə daxil olacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İsrail ordusu Rafahda quru əməliyyatı keçirəcək və bu barədə telefon danışığı zamanı ABŞ prezidenti Co Baydenə bildirib.

“Rafaha girmək məsələsində amerikalılarla fikir ayrılıqlarımız var. Bizim HƏMAS-ın qalan batalyonlarını məhv etməkdən başqa heç bir yolumuz yoxdur. Bunu etməkdə qərarlıyıq. Telefon danışığımız zamanı mən Baydenə açıq şəkildə bildirdim ki, Rafahdakı HƏMAS batalyonlarını məhv etməkdə qərarlıyıq”.

Netanyahunun sözlərinə görə, humanitar yardım və mülki şəxslərin təxliyəsi ilə bağlı məsələlərdə Baydenlə razılığa gəliblər.

“Biz HƏMAS-ın hərbi məhvini başa çatdırmalıyıq. Gördüyümüz işi yarımçıq saxlaya bilmərik. Çünki HƏMAS tam məhv olmasa, sonradan İsrail üçün yenə təhlükə yaradacaq. Bu da bizi təhdid edən İranın qələbəsi demək olacaq”, – Netanyahu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az