“Naxçıvanın illik enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək” – Ərdoğan

“Naxçıvanın illik enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək”.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuat konfransında bildirib.

Enerji sahəsində Əlcəzair, İran, İraq, Yaponiya, Venesuela, ABŞ, Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikası ilə əməkdaşlıq qurulduğunu deyən Ərdoğan ilk dəfə olaraq Avropanın sərhəd qonşusu olmayan iki ölkəsinə təbii qaz ixrac edildiyini vurğulayıb.