Naxçıvanda Tumbultəpə yaşayış yerində arxeoloji qazıntı aparılır.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Tumbultəpə qədim yaşayış yerində tədqiqatlara başlayıb. Aparılan araşdırmalar nəticəsində burada antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkar olunub.

Arxeoloji ekspedisiyanın rəhbəri professor Vəli Baxşəliyev bildirib ki, bu yaşayış yeri ilk dəfə 2017-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınıb və burada enolit dövrünə aid keramika nümunələri üzə çıxarılıb: “Hazırda aparılan araşdırmalar göstərir ki, Tumbultəpə yaşayış yeri çoxtəbəqəli abidədir. Ola bilsin ki, burada eneolit və neolit dövrlərinə aid maddi mədəniyyət nümunələri də aşkar olunsun”.

Qeyd edək ki, hələlik təpənin yalnız üst qismi qazılıb və bu qədim yaşayış yerində genişmiqyaslı tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

668dd376 fe9a 346e a44c 6718f36a3139 fa3a136e 6661 3c11 ae6f 8e533cca18c8 FotoJet 10

Paylaş: