“Ermənilər Azərbaycandan keçib Rusiyaya getməlidirlər”

“Naxçıvanı Azərbaycanla birləşdirəcək yola Rusiya deyil, Ermənistan nəzarət etməlidir. Bu, ölkənin daxili məsələsidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Əgər Azərbaycan yola Rusiyanın nəzarət etməsini dəstəkləyirsə, Ermənistan da üçüncü bir ölkənin nümayəndəliyinin olmasını istəyə bilər. Çünki sərhədlərin açılması və kommunikasiyaların bərpası qarşılıqlı prosesdir. Azərbaycan vətəndaşı Ermənistandan keçməklə Naxçıvana gedə bilirsə, Ermənistan sakini də Azərbaycandan keçərək Rusiyaya, yaxud başqa bir ölkəyə gedə bilməlidir”.

Ayşən Mustafa
Globalinfo.az