NATO-da ikitirəlik: əsas ölkələr Zelenskiyə qadağa qoydu

ABŞ və Almaniya Ukraynanın NATO-ya üzvlük müraciətini bloklayır.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Bild” çıxış edib.

Qeyd olunur ki, bu iki ölkə alyansın digər üzvlərinə onların mövqeyini dəstəkləmələri üçün təzyiq edirlər.

Bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüs sammiti zamanı alyansa üzvlük üçün müraciət etmək istəyib, ancaq Almaniya və ABŞ buna qarşı çıxıblar.

Tahir Turan
Globalinfo.az