Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ qurtularaq xəstəxanaya yerləşdirilənlər arasında kimliyi müəyyən edilməyən iki nəfərdən birinin milliyyəti bilinib.
Globalinbfo.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Yaralının Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. Məlumata görə, hazırda 20 nəfər xəstəxanada müşahidə altında saxlanılır, 6-sı reanimasiyadadır.
Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” E190 tipli təyyarə Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.
Ayşən Mustafa
Globalinfo.az