Nadir Qafarzadənin bu hərəkəti eşidənləri şok etdi – VİDEO

52 yaşı tamam olan müğənni Nadir Qafarzadə bu günlərdə özünə təmtəraqlı ad günü məclisi təşkil edib.

Globalinfo.az xəbər verir ki, paytaxt restoranlarının birində konsertlə keçirilən məclisinə müğənni sənət dostlarını da dəvət edib.

Qeyd edək ki, fevralın 11-də qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar elan olunan matəmin 5-ci günüdür.

Xatırladaq ki, Nadir Qafarzadə indiyədək ümumxalq matəm günlərində, milli faciə günlərində açıqlamaları və davranışları ilə bir neçə dəfə gündəm olub. O, bir neçə il öncə Xocalı faciəsinin il dönümündə şənlikdə iştirak etdiyi üçün ictimai qınağa tuş gəlmişdi. Həmin vaxt müğənni özünə haqq qazandırmışdı və onun bu mövqeyi daha böyük ictimai etiraza səbəb olmuşdu.