Ukraynadan müharibənin bitməsi haqda daha bir AÇIQLAMA

Ukrayna müharibəsinin 2023-cü ilin yazında bitəcəyi proqnozları, sadəcə, arzudur.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Əlbəttə, milyonlarla ukraynalı arzulayır ki, müharibə tez bir zamanda bitsin. Mən realist olacağam. Bu tarixdə müharibəni bitirmək alınmayacaq”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov sensasion bəyanat yayaraq, Krımın ilin sonunda Kiyevin tabeliyinə keçəcəyini, müharibənin isə yazda qurtaracağını söyləmişdi. Zelenski bunun ardınca Qavrilovun bəyanatlarını şərh edərək, cəbhədə vəziyyətin çox sürətlə dəyişdiyini demişdi.

İlkin
Globalinfo.az