Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin əməkhaqqının artırılmasının vacib olduğunu, lakin bunun büdcə siyasətindən asılı olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, nazir bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim -keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə jurnalistin sualını cavablandırarkən deyib.
“Ölkənin elm və təhsil naziri olaraq düşünürəm ki, müəllimlərin əməkhaqqısı nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Lakin bununla bağlı büdcə siyasəti var”, – deyə o bildirib.
Nazir əlavə edib ki, müəllimlər cəmiyyətə özlərini yazıq yox, peşəkar kimi təqdim etməlidirlər: “Gəlin, müəllimləri yazıq kimi qəbul etməyək”.
Zaira Akifqızı
Globalinfo.az