Putin cin 12

“Rusiya Ukraynadakı müharibənin fonunda Qərbdən imtina edib, Asiya gücləri – Çin və Hindistanla münasibətləri yoluna qoymağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “The Wall Street Journal” çıxış edib.

Nəşr yazır ki, hər şeyə rəğmən onilliklərlə mövcud olan ticarət münasibətlərini dəyişmək asan olmayacaq:

“ABŞ-ın Rusiya ilə əlaqəsi olan digər ölkələrin banklarına tətbiq etdiyi yeni sanksiyalar bu dövlətlər arasında ticarət artımını dayandırıb. Lakin Rusiya neft tədarükü ilə bağlı Qərbin qoyduğu məhdudiyyətləri “kölgə donanması” ilə aşmağı da bacardı. Qaza gəlincə isə Moskvanın burada daha böyük problemləri var. Şərq istiqamətində irihəcmli boru kəmərlərinə isə malik deyil. Üstəlik Çinin də bu istiqamətdə boru kəmərinin çəkilməsinə hələlik razılıq vermədiyi bildirilib. Dəmir yolu əlaqələrində vəziyyətin daha çətin olduğu deyilir”.

Məlumata görə, Moskva daşımaları Şimal buzlu okean vasitəsilə aktivləşdirə biləcəyinə ümid edib:

“Bu marşrut üzrə Yaponiyadan Qərb limanlarına doğru həyata keçirilən daşımalar Suveyş kanalı ilə müqayisədə 37 gündən 18 günə düşür. Lakin ABŞ-ın sanksiyaları Moskvanın buzqıran gəmilər almasına mane olur. Ekspertlər deyirlər ki, bu marşrutlar üzrə yük həcminin artımı son illər dayanıb.

Rusiya həmçinin Hindistan bazarına ixracatı “Şimal-Cənub” dəhlizi vasitəsilə azaltmaq istəyir. Lakin İranda dəmiryol infrastrukturunun olmaması, limanların buraxılış qabiliyyətinin məhdud olması, maliyyələşmə mənbələrinin qeyri-müəyyənliyi bu marşrutun yaranması planlarının reallaşmasının qarşısını alır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: