kiyev 1 1

Moskvanın Kiyevə mümkün kütləvi hücumla bağlı xəbərdarlıqlarına baxmayaraq, Avropa diplomatları şəhəri tərk etməyəcəklər.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova bildirib.

Onun sözlərinə görə, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirəcək və Kiyevdə qalacaq.

Maternova vurğulayıb ki, Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirir və təhlükəsizlik risklərinə baxmayaraq, diplomatik missiyalar işini dayandırmayacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: