resize 8

Moskva ətrafında uçan PUA-lardan daha biri məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan beşinci PUA-nı da zərərsizləşdirib.

Rəsmi açıqlamada bildirilir ki, Fövqəladə Hallar Xidməti hadisə yerində dağıntıların aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin görülməsi ilə məşğuldur.

Qeyd edək ki, bundan əvvəl gün ərzində – saat 13:00-dan 20:00-a qədər şəhərə doğru yaxınlaşan daha dörd pilotsuz uçan aparatın məhv edildiyi açıqlanıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: