“NATO ölkələri Ukraynaya güclü silahlar tədarük etdiyi üçün Rusiya onları müharibənin rəsmi iştirakçısı kimi görür”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın köməkçisi olmuş Duq Bendou deyib.
“Həmin ölkələrin bu addımına görə Rusiyanın elə bir qərara gəlməsinə əsas yaranır. Bu isə fəlakətlə nəticələnə bilər”, – o bildirib.
Bendou deyib ki, əgər Kiyevin müttəfiqləri dünya müharibəsini başlatmaq istəmirlərsə, konfliktin sülh yolu ilə nizamlanmasına getməli olacaqlar.
Onun sözlərinə görə, Moskva ilə dialoq bərpa edilməli, yeni təhlükəsizlik strukturunun yaradılması müzakirə olunmalıdır.
Əliyar Xəlil
Globalinfo.az