Moldova-Azərbaycan qarşılaşması: Millimiz qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub.

Kişineudakı “Zimbru” stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Moldova yığması əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qol vurmağı bacarıb. Meydan sahiblərinin futbolçusu Nikita Motspanın qolu ilə fərqi azaldıblar.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

***

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv ilk hissədən sonra rəqibinə 2:0 hesabı ilə qalib gəlir.

***

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

***

Qolları 28-ci dəqiqədə Emin Mahmudov və 42-ci dəqiqədə Aleksey İsayev vurub.

Görüşün 43-cü dəqiqəsində Aleksey İsayev millimizin ikinci qoluna imza atdı: 0-2.

***

Emin Mahmudov matçın 29-cu dəqiqəsində millimizi hesabda önə çıxardı: 0-1.

***

Moldova – Azərbaycan qarşılaşması start götürdü.

***

Kişineuda beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Moldova və Azərbaycan yığmalarını start heyətləri açıqlanıb.

Globalindo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

Moldova: 1.Dmitri Çelyadnik. 2.Oleq Ryabçuk, 4.İqor Armaş, 7.Artur Yonitse (k), 10.Yevgeni Koçuk, 11.Vitali Damașkan, 13.Mixail Kaymakov, 14.Yuri Yovu, 17.Daniel Dumbravanu, 21.Yoan-Kelin Revenko, 22.Vadim Ratse

Ehtiyat oyunçular: 12.Kristian Avram, 23.Dorian Raylyan, 3.Vadim Boloxan, 5.Serciu Platika, 6.Kristian Dros, 8.Nikita Motspan, 9.Mixail Ştefan, 15.Yon Jardan, 16.Viktor Stıne, 18.Marius Yosipoy, 19.Virciliu Postolaki, 20.Mixai Platika, 24.Yaser Tsurkan, 25.Sergey Kleşenko, 26.Serafim Kojokar

Baş məşqçi: Sergey Kleşenko

Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15.Bəxtiyar Həsənəlizadə, 18.Anton Krivotsyuk, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24. Musa Qurbanlı

Ehtiyat oyunçular: 1.Emil Balayev, 23.Səlahət Ağayev, 2.Amin Seydiyev, 3.Azər Salahlı, 4.Bəhlul Mustafazade, 5.Cəlal Hüseynov, 7.Namik Ələskərov, 9.Renat Dadaşov, 10.Mahir Emreli, 13.Anatoli Nuriyev, 14.Ceyhun Nuriyev, 16.Elvin Camalov, 17.Toral Bayramov, 25.Rövlan Muradov, 26.Qismət Alıyev

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, “Zimbru” stadionunda keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.