sisi

Misirin paytaxtı Qahirə şəhərində hökumət əleyhinə kütləvi etiraz aksiyaları başlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli Teleqram kanalları və KİV məlumat yayıb.

Məlumata görə, etirazçılar ölkə Prezidenti Əbdülfəttah əs-Sisi əleyhinə şüarlar səsləndirirlər.

Etirazlara səbəb ölkədə iqtisadi vəziyyətin pisləşməsi, insan azadlıqlarının pozulması və hökumətin korrupsiyalaşmasıdır.

Bundan başqa, Əbdülfəttah əs-Sisinin 45 milyard dollara başa gələcək yeni prezident sarayının inşasını elan etməsi etirazlara səbəb kimi də göstərilir.

Qeyd olunub ki, etirazçılar “Ərəb baharı”nın məşhur “Əş-şab yurid iskat ən-nizam” mahnısını səsləndirirlər.

Paylaş: