Misirdə də gərginlik artdı: israillilər qətlə yetirildi

Misirin İsgəndəriyyə şəhərində israilli turistləri daşıyan avtobus atəşə tutulub.

Globalinfo.az xəbər verir ki, olayda 2 turist həlak olub, 1 nəfər yaralanıb.

Məlumata görə, hadisəni törədən polis əməkdaşı saxlanılıb.

Lakin bəzi xarici KİV-lərin məlumatına görə, 3 nəfər – iki israilli və bir misirli həlak olub. Başqa mənbələrin məlumatına görə, 6 nəfərin öldüyünü bildirir. Daha bir neçə nəfər yaralanıb.