Misirdə son bir həftədə Qırmızı dəniz kurort bölgəsində ikinci dəfə ağır yol qəzası baş verib.
Globalinfo.az xəbər verir ki, Marsa Alam-El Quseir avtomobil yolunda minik avtomobili ilə turist mikroavtobusu toqquşub.
Hadisə nəticəsində bir Misir vətəndaşı həyatını itirib, beşi rus, ikisi azərbaycanlı olmaqla yeddi nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, onlara tibbi yardım göstərilir.
Yerlik mənbələrin bildirdiyinə görə, son aylarda Qırmızı dəniz ərazisində turistləri daşıyan nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalarda artım müşahidə olunur.
Hadisənin səbəbləri araşdırılır.
Tahir Turan
Globalinfo.az