Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Görüş “3+3” platformasının xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq.
Türkiyə lideri Ermənistan XİN rəhbəri ilə münasibətlərin normallaşdırılması prosesini müzakirə etmək niyyətindədir.
Mirzoyanla türkiyəli həmkarı Hakan Fidan arasında da danışıqlar planlaşdırılır.
Qeyd edək ki, “RİA Novosti” agentliyinin mənbəsi bildirib ki, regional platformanın iclası zamanı türkiyəli nazir İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanması prosesinə dəstək verəcəyini bəyan edəcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az