Mirmahmud Mirəlioğlu insult keçirib, xəstəxanaya yerləşdirilib

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu xəstəxanaya yerləşdirilib.

Globalinfo.az Azpolitika-ya istinadla xəbər verir ki, bu bardə sözügedən partiyanın üzvləri sosial şəbəkələrdə məlumat paylaşıblar.

Qeyd olunur ki, o 1 həftə evdə müalicə alıb, amma səhhəti ağırlaşdığı üçün şəhər xəstəxanalarından birinə aparılıb. Xəstəxanada aparılan müayinələr zamanı məlum olub ki, partiya sədri insult keçirib.

Məlumata görə, M.Mirəlioğlunun vəziyyətinin ağır stabil olması barədə yayılan informasiyalar həqiqəti tam əks etdirmir. Bununla belə onun fiziki hərəkətlərində müəyyən məhdudiyyətlər yaranıb, həkimlərin səyi nəticəsində səhhətində müsbət dəyişikliklər baş verir.