Millimizə yeni baş məşqçi təyin edildi

Kişi voleybolçulardan ibarət Azərbaycan baş məşqçisinin yeni baş məşqçisi bəlli olub.

Globalinfo.az idman.biz-ə istinadən xəbər verir ki, yığmamızı yenidən Fərid Cəlalov çalışdıracaq.

O, millimizin baş məşqçisi təyin olunub. Bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası verib. O, bu postda Pərviz Səmədovu əvəzləyib.

Cəlalov millimizə Qızıl Avropa Liqasının oyunlarında rəhbərlik edəcək. Bu turnirin görüşləri may-iyun ayılarında keçiriləcək.

Qeyd edək ki, Cəlalov hazırda həm də “Murov Az Terminal” klubunun baş məşqçisidir.