Mikroavtobus minik maşını ilə toqquşdu – Beş nəfər xəsarət aldı / ADLAR

Qazaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, h rayon Kəmərli kənd ərazisində “QAZel” markalı mikroavtobus minik avtomobilinin anidən qarşısına çıxması səbəbindən idarəetmədən çıxıb və yol kənarındakı arxa düşüb.

Qəza nəticəsində 7 nəfər – Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002) xəsarət alıb.

Onlar Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qazaxda mikroavtobus minik maşını ilə toqquşub.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan sərnişin avtobusu ilə minik maşını toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Zaira

Globalinfo.az