“Ölkəmizdə “Neftçilər Günü”nün təsis edilməsi ümummilli liderimiz Heydər Əliyevin neftçilərin əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür”.
Globalinfo.az bildirir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində yazıb:
“Azərbaycanda tarixi ənənələrə malik neft-qaz sənayesinin inkişafında bu şərəfli peşə sahiblərinin əzmkarlığı və zəngin təcrübəsi əldə edilmiş mühüm nailiyyətlərlə səciyyələnir.
Neftçilər Günü münasibətilə bütün neftçilərimizi təbrik edir və uğurlar arzulayıram”.