pasinyan yeni 132

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında jurnalistin sözlərinə əsəbiləşib. 

Globalinfo.az xəbər verir ki, jurnalist mətbəxdə çox vaxt keçirdiyini, bununla bağlı paylaşımlar etdiyini və səlahiyyətlərinin icrasına diqqət yetirmədiyini bildirib.

Baş nazir isə cavabına müharibə vaxtı günlərlə çörək yemədiyini deyib:

“Bütün dünya liderləri yemək yeyirlər, burada nə var ki? Mətbəxdə nə etdiyimi göstərmək isə şəxsi seçim məsələsidir. Məsələn, 2020-ci ilin noyabrında müharibə zamanı bir həftə ərzində sudan başqa heç nə qəbul etmədim. 2021-ci ilin noyabrında isə həlak olan əsgərlərimizin xatirəsinə günlərlə çörək yemədim, onda da ancaq su içdim”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: