Messidən xəbər var

PSJ-nin argentinalı hücumçusu Lionel Messi Paris komandası ilə müqaviləsini 2024-cü ilə qədər uzadacaq.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “TyC Sport”un jurnalisti Qaston Edul bildirib.

“Messi PSJ ilə müqaviləsini 2024-cü ilin iyununa qədər uzatmaq üçün şifahi razılığa gəlib. Danışıqlar tezliklə yekunlaşa bilər. Messi gələn mövsüm də Çempionlar Liqasında oynayacaq. Lakin o, hələ də qərar verməyib”, – Edul qeyd edib.

Xatırladaq ki, Messi 18 il “Barselona”da qaldıqdan sonra, 2021-ci ilin avqustunda PSJ-yə keçib.  Bu mövsüm Messi komandanın heyətində Fransa çempionatında 12 matçda meydana çıxıb, yeddi qol vurub və yeddi məhsuldar ötürmə edib. Argentinalı futbolçu ötən mövsüm 26 oyunda altı qol vurub və 13 məhsuldar ötürmə edib.

Daha əvvəl Səudiyyə Ərəbistanının iki klubunun Messini transfer etmək istədiyi bildirilirdi.