221127164140 lionel messi inter miami rumors spt intl 900x600 2

Türkiyənin “Qalatasaray” klubu Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə müqavilə bağlamaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.

“Amerika Liqası mövsümü oktyabrda başa çatacaq, pley-off mərhələsi dekabr ayına qədər davam edəcək. Bundan sonra liqa yeni mövsümdən əvvəl dörd aylıq fasilə verəcək. Bu boşluqda Messinin 2026-cı il dünya çempionatı öncəsi fiziki hazırlığını qorumaq üçün “Qalatasaray”a keçməyə razılıq verə biləcəyi deyilir”, – bildirilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: