Messi klubu ilə yeni müqavilə bağlayır

messi ela

Argentina millisinin kapitanı Lionel Messinin Fransanın PSJ klubu ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu 1+1 illik sözləşməyə qol çəkəcək.

İddiaya görə, təcrübəli forvardın agenti olan atası ilə 4 aylıq danışıqlardan sonra tərəflər arasında razılıq əldə olunub. Yeni anlaşmaya əsasən, ulduz futbolçunun məvacibində artım olacaq.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya “Barselona”sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.

Ulduz futbolçu Argentina millisinin heyətində Qətərdəki dünya çempionatının qalibi olub.