stefan zelzele

İsveçrənin Seysmologiya Xidmətinin direktoru Stefan Vaymer mərkəzi Kahramanmaraş olan və 10 vilayətdə 7.7 və 7.6 bal gücündə baş verən zəlzələlərdən bəhs edib.

Globalinfo.az xəbər verir ki, Vaymer bu barədə SRF-ə müsahibəsində danışıb.

Bölgədə plitə sərhədlərinin olduğunu bildirən Vaymer uzun illər bu ərazilərdə gərginliyin olduğunu və belə zəlzələlərlə boşaldığını qeyd edib:

“Belə böyük zəlzələ, həqiqətən, nadirən baş verir. Türkiyə ilə Suriya arasındakı bölgədə 100 ildən artıqdır ki, belə böyük zəlzələ olmamışdı. Xüsusilə bu ərazi 7.7 bal gücündəki zəlzələ ilə gərginliyin yığıldığı və boşaldığı Şərqi Anadolu qırılma xəttidir. 8 ballıq zəlzələ dünyada bəlkə də ildə bir dəfə olur. Məsələn, tarixdən Hələbin dəfələrlə güclü zəlzələlərlə silkələndiyini bilirik. Ancaq 7.7 bal gücündəki zəlzələ hədsiz böyük bir zəlzələdir”.

Vaymer deyib ki, belə zəlzələlərdən sonra günlər, həftələr və hətta aylar boyu zəif təkanların qeydə alınır, lakin zaman keçdikcə sayları və intensivliyi azalır.

Paylaş: