tom

“Hörümçək adam” filminin ulduzları Tom Holland və Zendaya avqustun 4-də Böyük Britaniyanın Surrey qraflığında yerləşən mənzərəli “Beaverbrook” malikanəsində gizli toy mərasimi keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Şənlik yalnız ailə üzvləri və yaxın dostların iştirakı ilə baş tutub.

Mənbələrin sözlərinə görə, tədbirdə ab-hava olduqca rahat və səmimi olub.

Toyda Hollandın üç qardaşı – Sem, Harri və Pedi də iştirak edib.

Qeyd edək ki, Zendaya və Holland “Hörümçək-adam” filminin çəkilişləri zamanı tanış olublar. Cütlük uzun müddət münasibətlərini gizlədərək sadəcə dost olduqlarını bildiriblər. Onların sevgili olduğu 2021-ci ilin iyulunda rəsmən təsdiqlənib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: