Almaniya kansleri Fridrix Merz hökumətdə geniş kadr dəyişikliklərinə gedərək keçmiş səhiyyə naziri Nina Varkeni kansler administrasiyasının rəhbəri vəzifəsinə təyin edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bidirilib ki, bu təyinat Merzin Almaniyada islahatlara yeni impuls vermək və hökumətin fəaliyyətini yenidən canlandırmaq məqsədi daşıyan daha geniş kadr dəyişikliklərinin tərkib hissəsidir.
Agentlik qeyd edir ki, Nina Varken Almaniya tarixində kansler administrasiyasına rəhbərlik edən ilk qadın olacaq.
Kadr dəyişiklikləri Merzin sentyabrda Saksoniya-Anhalt, Meklenburq–Qərbi Pomeraniya və Berlində keçiriləcək regional seçkilər öncəsi artan siyasi təzyiqlərlə üzləşdiyi bir vaxta təsadüf edir.
Gözləntilərə görə, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası həmin seçkilərdə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Əliyar Xəlil
Globalinfo.az