Avropa İttifaqı ölkələri ABŞ-ı Ukrayna ilə bağlı mümkün sülh danışıqlarına cəlb etmək üçün səy göstərir.
Globalinfo.az “Reuters“ə istinadla xəbər verir ki, bu abrədə Almaniya Kansleri Fridrix Mertz açıqlama verib.
Onun sözlərinə görə, Aİ daxilində və Ukrayna ilə aparılan danışıqlarda Vaşinqtonun iştirakına xüsusi önəm verilir.
“Biz Amerika hökumətini həm aramızda, həm də Ukrayna ilə apardığımız danışıqlara daxil etməyə çalışırıq. Biz öz tərəfimizdən töhfə verməyə hazırıq, amma amerikalıların da prosesə ciddi şəkildə qoşulması vacibdir”, – deyə Mertz qeyd edib.
Kanslerin sözlərinə görə, Ukraynaya verilə biləcək potensial təhlükəsizlik təminatlarının əsas elementi Silahlı Qüvvələrinin uzunmüddətli gücləndirilməsi olacaq.
Bundan əvvəl, dekabrın 10-da Avropa ölkələrinin Ukraynada sülh yolu ilə həll istiqamətində danışıqları davam etdirməyi və səyləri koordinasiya etməyi planlaşdırdığı açıqlanıb.
Almaniya hökumətinin rəhbəri Kiyevin ABŞ, NATO və digər tərəfdaşlardan etibarlı təhlükəsizlik zəmanətləri əldə etməsinin vacibliyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az