630936e6f1e11630936e6f1e121661548262630936e6f1e0f630936e6f1e10

Mərakeş hakimiyyəti Çin Xalq Respublikasından gələn və vətəndaşlığından asılı olmayaraq bütün səyahətçilərin ölkə ərazisinə girişini qadağan edib.

Bu barədə Globalinfo.az Mərakeş Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, buna səbəb ölkəni COVID-19 infeksiyasının yeni dalğasından qorumaqdır.

Nazirlik qadağanın müstəsna hadisə olduğunu vurğulayıb: “Bu, iki xalq arasındakı səmimi dostluğa və ölkələr arasında strateji tərəfdaşlığa heç bir təsir göstərməyəcək”.

Paylaş: