Nobel Komitəsi Sülh mükafatı laureatı, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş sədri Navi Pilleylə əlaqə saxlaya bilməyib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə təşkilatın nümayəndəsi Yorqen Vatne Fridnes məlumat verib.
“Əgər sizə Norveç nömrəsindən zəng gələrsə, xahiş edirəm, cavab verin. Mən tezliklə sizinlə danışmağı səbirsizliklə gözləyirəm”, – deyə o, laureata müraciət edib.
Qeyd edək ki, daha əvvəl Nobel Komitəsi Navi Pilleyin Sülh mükafatını “Sülhün və beynəlxalq hüququn möhkəmləndirilməsindəki səylərinə görə” aldığını açıqlamışdı.