salah

Misir millisinin kapitanı Məhəmməd Salah komandasının 2026-cı il dünya çempionatında Yeni Zelandiya üzərində qazandığı tarixi qələbəni şərh edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “FIFA”nın saytında məlumat verilib.

Futbolçu hisslərini sözlə ifadə edə bilmədiyini deyib:

“Bu, bütün oyunçular və işçi heyəti üçün böyük bir nailiyyətdir. Ümid edirəm ki, qrupda bu ruhu davam etdirə bilərik”.

Qeyd edək ki, matç 22 iyun gecəsi baş tutub və 3-1 hesabı ilə Misir komandasının xeyrinə başa çatıb.

Misir tarixində ilk dəfə Dünya Kuboku final matçında qalib gəlib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: