salah

Misir milli komandasının kapitanı Məhəmməd Salah zədələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının (EFA) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ona budun arxa əzələsinin dartılması diaqnozu qoyulub.

“Salah dünya çempionatının G qrupunun son turunda İrana qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda budunun arxa nahiyəsində ağrı hiss etdiyini bildirib. O, matçın 57-ci dəqiqəsində əvəzlənib”, – deyə əlavə edilib.

Qeyd edək ki, Misir millisi 3 iyulda Dallasda keçiriləcək 1/16 final oyununda Avstraliya ilə qarşılaşacaq.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: