Türkiyənin “Trabzonspor” klubu ilə misirli futbolçu Məhəmməd Salah arasında heç bir müqavilə bağlanmayıb.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə “Trabzonspor”un prezidenti Ərtoğrul Doğan deyib.
“Belə bir razılaşma yoxdur. Əgər olsaydı, mətbuata və azarkeşlərə məlumat verilərdi. Belə bir şey yoxdur! Salah dünyaca məşhur, çox peşəkar, çox uğurlu oyunçudur. İngiltərə Premyer Liqanın ən uğurlu futbolçularından biridir. Salahı kim istəməz ki? Amma bizim belə bir razılaşmamız yoxdur”, – klub prezidenti əlavə edib.