“ABŞ İrana raket zərbələri endirməklə əsl simasını göstərdi”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedev Vaşinqtonun Tehranla nüvə danışıqlarının da şübhəli olduğunu bildirib və bunu “gizli əməliyyat” adlandırıb:
“Əslində onlar heç bir mövzuda razılığa gəlmək istəmirdilər. Amerika Birləşmiş Ştatlarının cəmi 249 yaşı var. Fars İmperiyası isə 2500 ildən çoxdur qurulub. 100 il sonra reallığı görəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az