Makronun nüvə bəyanatına Rusiya XİN-dən cavab

rusiya

Rusiya hərbi planlama zamanı Makronun nüvə silahı barədə bəyanatını nəzərə alacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Əlbəttə ki, Rusiya müdafiəsini planladığını zaman Fransa Prezidenti Emmanuel Makronun nüvə bəyanatını nəzərə alacaq”, – nazirlikdən bildirilib.

Xatırladaq ki, daha əvvəl Emmanuel Makron Avropanın müdafiəsində nüvə silahının istifadəsi ilə bağlı müzakirələr aparmaq istədiyini deyib.

Aysel Əliyeva
Globalinfo.az