MDB missiyası prezident seçkilərini müşahidə edəcək

MDB Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin Belarusda keçiriləcək parlament və yerli parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, bu günə qədər müşahidəçi missiyasının göndərilməsi üçün yazılı dəvət yalnız Bakıdan alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.