Tramp 1 900x506 2

ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının “Yeni Amerika” adlandırılması təklifinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, ideyanı bəyəndiyini deyib.

Ağ Ev rəhbəri qeyd edib ki, Nyu-Meksiko seçki saxtakarlıqları ilə bağlı ən çox müzakirə olunan ştatlardan biridir.

Onun sözlərinə görə, “Yeni Amerika” adı ərazi üçün daha nüfuzlu və cəlbedici səslənir.

ABŞ Konstitusiyasına əsasən isə, Prezident və federal hökumət ştatların adlarını birtərəfli qaydada dəyişə bilməz.

Belə dəyişikliyin yalnız müvafiq ştatın hakimiyyəti və sakinlərinin səlahiyyətləri çərçivəsində həyata keçirilməsi mümkündür.

Qeyd edək ki, sözügedən təklif  “Truth Social” platformasında yayılmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: