İran Cənubi Koreyanın Hörmüz boğazı və Bəsrə körfəzində mümkün hərbi iştirakı ilə bağlı sərt mövqe nümayiş etdirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıb.
O bildirib ki, Tehranla Seul arasında 64 ildən artıq davam edən münasibətlər qarşılıqlı hörmət prinsipi üzərində qurulub:
“İran Cənubi Koreya ilə dostluq əlaqələrinə əhəmiyyət verir. Lakin ABŞ-la qarşıdurmanın davam etdiyi hazırkı şəraitdə Hörmüz boğazı və Bəsrə körfəzində hər hansı digər ölkənin əməliyyat xarakterli iştirakı və ya hərbi mövcudluğu Tehran tərəfindən Vaşinqtona birbaşa dəstək kimi qəbul ediləcək.
Heç bir suveren və məsuliyyətli dövlət ABŞ-ın İran xalqına qarşı həyata keçirdiyi, Tehranın “təcavüzkar fəaliyyətlər və dəhşətli cinayətlər” kimi qiymətləndirdiyi addımlara qoşulmaq üçün göstərilən təzyiq və şantaja boyun əyməməlidir”.
Safura Bənnayeva
Globalinfo.az