“Mançester Siti” İngiltərə Premyer Liqasının XXXIII turunun ev oyununda “Arsenal”ı məğlub edib.
Globalinfo.az xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Mançester Siti” 32 oyundan sonra 67 xalla turnir cədvəlində ikinci yerdədir. Bu, “Arsenal”ın ardıcıl ikinci məğlubiyyəti olub. Uğursuzluğa baxmayaraq, London klubu 33 oyundan sonra 70 xalla liqanın lideri olaraq qalır. Lakin “Siti” ehtiyatdakı matçda qalib gəlsə, çempionluğa daha yaxın olacaq.