makron

“Fransa Prezidenti Emmanuel Makron yeni Papanın seçilməsi məsələsinə müdaxilə edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Roma siyasi dairələrində yayılan şayiələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Makron bununla bağlı bir neçə dəfə görüşlər keçirib.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də vəfat edib.

Aprelin 28-də Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni bildirib ki, kardinallar mayın 7-də yeni Roma Papasını seçmək üçün toplanacaq.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: