Fransa Prezidenti Emmanuel Makronun ukraynalı həmkarı Volodimir Zelenski ilə danışığının təfərrüatları məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Makron Zelenskiyə deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı mövqeyi dəyişməyib. Mənbənin sözlərinə görə, Fransa prezidenti qarşı tərəfə Rusiya liderinin atəşkəsi rədd etməyə davam etdiyini çatdırıb”, – deyə qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl iyulun 1-i Putinlə Makron arasında telefon danışığı olub.
İddialara görə, əsas müzakirə mövzuları İsrail və İran arasında münaqişə, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri və Ukraynadakı vəziyyət olub.
Əliyar Xəlil
Globalinfo.az